SESRIC-in baş direktoru kiçik biznesi dayanıqlı şəhərlərin inkişafında fəal tərəfdaş olmağa çağırıb
- 21 may, 2026
- 12:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Kiçik və orta müəssisələr dayanıqlı və inklüziv şəhərlərin formalaşması prosesində fəal tərəfdaşlar kimi çıxış etməlidir.
"Report" xəbər verir ki, bunu SESRIC-in (İslam Əməkdaşlıq Təşkilatının Statistik, İqtisadi və Sosial Araşdırma və Təlim Mərkəzi) baş direktoru Zehra Zümrüt Selçuk Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində (WUF13) keçirilən "Davamlı, inklüziv və həyat qabiliyyətli şəhərlərin yaradılmasında əsas iştirakçılar kimi kiçik və orta müəssisələrin imkanlarının genişləndirilməsi" mövzusunda panel müzakirəsində bildirib.
"Kiçik və orta müəssisələrin potensialının gücləndirilməsi şəhər dayanıqlığının artırılması və iqtisadi perspektivlərin genişləndirilməsi üçün strateji əhəmiyyətli istiqamətdir. Məhz kiçik biznes dəyişikliklərə hamıdan tez uyğunlaşmağa və yerli icmalar üçün innovativ həllər yaratmağa qadirdir. Onların mobilliyi və fəal iştirakı olmadan müasir, dinamik inkişaf edən şəhər məkanını təsəvvür etmək çətindir. Onları zəruri resurslar və alətlərlə təmin etməklə şəhərlərimizin gələcəyi üçün etibarlı əsas yaradırıq", - o vurğulayıb.