Şahin Mustafayev: "Azərbaycan və Rusiyanın əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsindədir"

Şahin Mustafayev: "Azərbaycan və Rusiyanın əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsindədir" Bakıda Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclası keçirilir
Biznes
27 Sentyabr , 2018 10:26
Şahin Mustafayev: Azərbaycan və Rusiyanın əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsindədir
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Azərbaycan və Rusiyanın əməkdaşlığı qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının geniş iclasında bildirib.

Ş Mustafayev xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya sonuncu səfəri zamanı 17, iqtisadi sahədə 6 sənəd imzalanıb.

İqtisadiyyat naziri qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Rusiya Azərbaycan mallarının idxalı üzrə əsas tərəfdaşdır.

O bildirib ki, Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox vəsait qoyub, Rusiya isə öz növbəsində Azərbaycan iqtisadiyyatına 4 mlrd dollar sərmayə qoyub.

Azərbaycanda 760 Rusiya şirkəti qeydə alınıb. Energetika, turizm, nəqliyyat, sənaye, kənd təsərrüfatının inkişafında geniş perspektivlər var.

Son xəbərlər

Orphus sistemi