Sahibkarlığa Kömək Milli Fondunun ötən il üzrə maliyyə hesabatlarının auditi keçirilib
- 24 aprel, 2017
- 16:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 aprel. REPORT.AZ/ "RSM Azerbaijan" beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) 2016-cı il üzrə maliyyə hesabatlarının auditi keçirilib.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, audit zamanı SKMF-ya səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.
"RSM Azerbaijan" tərəfindən verilən rəyə əsasən, fondun 2016-cı il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun aparıldığı müəyyən edilib.
Qeyd edək ki, 9 ildir beynəlxalq audit şirkətləri tərəfindən SKMF-nın maliyyə hesabatlarının auditi aparılır.