"Koronavuris pandemiyası ilə əlaqədar Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) bu il üçün planlaşdırılan bəzi tədbirləri təxirə salınıb. Lakin sevindirici haldır ki, artıq ölkədə epidemioloji vəziyyət düzəlir. Sahibkarların normal iş şəraitinə dönməsi bizi sevindirir".
"Report" xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, 2020-ci ilin yanvar-iyul aylarında 43 tədbir və ikitərəfli görüşlər, həmçinin 5 biznes-forum keçirilib: "Bununla yanaşı, ilin sonunadək iki beynəlxalq sərgidə iştirak edəcəyik. Pandemiyadan sonra bu bizim ilk tədbirimiz olacaq. Sərgilərdən biri Moskvada olacaq. Növbəti sərgi isə Çinin Şanxay şəhərində keçiriləcək. Koronavuris pandemiyası ilə əlaqədar bütün epidemioloji şərait nəzərə alınacaq".
O qeyd edib ki, bu il keçirilmiş 3 sərgi zamanı 9 mln ABŞ dolları dəyərində müqavilələr imzalanıb, 6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib:"Bu ilin səkkiz ayında sahibkarlara 6 milyon 380 min manat dəyərində ixrac təşviqi ödənilib".