“Sabunçuavtomatikaquraşdırma”nın rəhbərliyi yenidən formalaşdırılacaq

Biznes
  • 04 mart, 2017
  • 05:00
“Sabunçuavtomatikaquraşdırma”nın rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 4 mart. REPORT.AZ/ Aprelin 21-də “Sabunçuavtomatikaquraşdırma” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq saat 10:00-da müəssisənin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə. Bağırov küçəsi, 10 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin 2016-cı il üzrə balans yekunlarının təhlili, maliyyə-təftiş komissiyasının məlumatının müzakirəsi, dividendlərin bölünməsi, müşahidə şurasının, idarə heyətinin və təftiş komissiyasının formalaşdırılması (sədrlərin və üzvlərin seçilməsi), 2017–ci ildə qarşıda duran məsələlər daxildir.

Xatırladaq ki, “Sabunçuavtomatikaquraşdırma” ASC 2002-ci ildə yaradılıb. Müəssisə nizamnamə kapitalının məbləğini açıqlamır. 

Son xəbərlər

Bütün Xəbər Lenti