Rusiyanın iqtisadi inkişaf naziri gələn ay Bakıya gələcək

Rusiyanın iqtisadi inkişaf naziri gələn ay Bakıya gələcək Səfərin məqsədi ticari-iqtisadi münasibətləri inkişaf etdirməkdir
Biznes
2 Mart , 2018 10:08
Rusiyanın iqtisadi inkişaf naziri gələn ay Bakıya gələcək
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin / Report/ Orkhan Azim

Bakı. 2 mart. REPORT.AZ/ Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin apreldə yenidən Bakıya işgüzar səfər edəcək.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, nazir bildirib ki, iki ölkə arasında ticarət-iqtisadi münasibətləri sürətlə inkişaf edir: "Hazırda ölkələr arasında əlaqələrin inkişafını sürətləndirəcək xüsusi qrup yaratmışıq. Azərbaycanla qarşılıqlı münasibətlər çox önəmlidir. Aprel ayında Bakıya yenidən səfər etməyi planlaşdırıram. Rusiya və Azərbaycanın gündəmində bir çox mühüm layihələr var. Hələki onlar barəsində danışmayacağıq. Mənim Bakıya səfərimi gözləyək. Həmin səfərdə Azərbaycanın hökumət nümayəndələri ilə rəsmi danışıqlar aparılacaq. Ümid edirəm ki, bizim daha çox birgə layihələrimiz yaranacaq."

Qeyd edək ki, ötən il yanvarın sonunda M.Oreşkinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub.

Son xəbərlər

Orphus sistemi