Rusiyanın Böyük Britaniyadakı ticarət nümayəndəliyi bağlana bilər

Biznes
  • 31 mart, 2018
  • 13:07
Rusiyanın Böyük Britaniyadakı ticarət nümayəndəliyi bağlana bilər

Bakı. 31 mart. REPORT.AZ/ Rəsmi London Rusiyanın Böyük Britaniyada ticarət nümayəndəliyinin bağlanması məsələsini nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə yerli “The Telegraph” nəşri məlumat yayıb.

Mətbu orqanın Britaniya hökumətindəki mənbədən əldə etdiyi məlumata görə, sözügedən nümayəndəlik cəsus fəaliyyəti ilə məşğuldur və buna görə də onun işinin dayandırılması məsələsi gündəmə gəlib. 

Son xəbərlər

Bütün Xəbər Lenti