Rusiyanın ən böyük texnologiya şirkəti “Yandex” ölkənin aparıcı özəl banklarından biri “Tinkoff”u satın almağa hazırlaşır.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Tinkoff”un açıqlamasına görə, tərəflər arasında satınalma əməliyyatı ilə bağlı razılaşma əldə olunub. Beləliklə, “Yandex” “Tinkoff”un 100%-lik səhm paketi üçün hər səhmə görə 27,64 ABŞ dolları olmaqla ümumilikdə 5,5 milyard ABŞ dolları ödəyəcək.
"Bu satış deyil, birləşmədir. "Yandex" ilə birlikdə ölkənin ən böyük texnoloji şirkətiyik və bu, böyük bir sinerji yaradacaq”, - deyə Bankın qurucusu və sahiblərindən biri Oleq Tinkov sosial mediada açıqlayıb.
Qeyd edək ki, satınalma əməliyyatı barədə xəbərlərin ardından “Yandex”in səhmlərinin dəyəri Moskva Fond Birjasında 8,5%, ABŞ-ın NASDAQ birjasında isə 9%-ə yaxın artıb.