Rusiya Azərbaycana "halal" hinduşka əti ixrac edəcək

Rusiya Azərbaycana "halal" hinduşka əti ixrac edəcək İxracı "Evrodon" şirkəti həyata keçirəcək
Biznes
1314
15 Fevral , 2017 05:31
Rusiya Azərbaycana halal hinduşka əti ixrac edəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Rusiyanın iri hinduşka istehsalçısı olan "Evrodon" şirkətlər qrupu Özbəkistan, Azərbaycan və Qırğızıstana halal məhsulların (Müsəlman qanunlarına uyğun) tədarükünə dair razlıq əldə edib.

"Report" xəbər verir ki, bu barədə şirkət nümayəndəsinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Həm soyudulmuş, həm də emal edilmiş "halal" məhsullar Azərbaycan, Özbəkistan, Qırğızıstan kimi ölkələrin bazarlarında işləyən ixracatçılarla əvvəlcə danışıqlar, sonra isə tərəfdaşlıq münasibətlərinin qurulmasına dair əldə edilən razılaşmaların mövzusu olub", - deyə "Prodekspo-2017" sərgisinə yekun vuran şirkət nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi