Rusiya Azərbaycana gavalı və göyəm ixracını bərpa edib
- 20 avqust, 2022
- 12:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycana 264 min ABŞ dolları dəyərində 56,9 ton gavalı və göyəm idxal olunub.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 0,8 %, kəmiyyət olaraq – 14 % azdır.
İrandan 220 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 11 % artıb) 44 ton (+13 %), Cənubi Afrikadan 30 min ABŞ dolları dəyərində (-19 %) 3,8 ton (-58,7 %), Türkiyədən 13 min ABŞ dolları dəyərində (-58 %) 8,1 ton (-53,4 %) və Rusiyadan 0,8 min ABŞ dolları dəyərində 1 ton məhsul alınıb.
İki il 10 aylıq fasilənin ardından Rusiyadan tədarük bərpa edilib.
Hesabat dövründə Azərbaycan 400 min ABŞ dolları dəyərində 478 ton gavalı və göyəm ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,6 % və 26 % azdır.
Rusiyaya 397 min ABŞ dolları dəyərində (-27,7 %) 475,3 ton (-26,4 %) və Qazaxıstana 2 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 3,2 ton (+93 %) məhsul satılıb.
2021-ci ildə idxal etdiyimiz (İrandan, Türkiyədən, CAR-dan və Çindən ) 66,3 ton gavalı və göyəmin 60 %-i İranın payına düşüb.