“Rolls-Royce” kütləvi ixtisarlar aparacaq

Biznes
  • 20 may, 2020
  • 09:01
“Rolls-Royce” kütləvi ixtisarlar aparacaq

Böyük Britaniyanın təyyarə mühərrikləri və lüks avtomobil istehsalçısı “Rolls-Royce” koronavirus pandemiyasının vurduğu zərəri azaltmaq üçün 9 min işçisini ixtisar edəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, şirkət ixtisarları əsasən mülki aviasiya bölməsində aparacaq.

“Bu, bizim yaratdığımız böhran deyil. Ancaq qarşılaşdığımız bu böhranı həll etməliyik”,- şirkətin CEO-su Varren East bildirib.

Qeyd edək ki, “Rolls-Royce”un dünya miqyasında 52 min işçisi var. Şirkət işçiləri ixtisar etməklə yanaşı, obyektlərə və mülklərə çəkilən xərcləri azaldaraq, ümumilikdə 1,3 milyard funt sterlinqə qənaət etməyi planlaşdırır.