“Renessans Palace”ın “Payız aksiyası”nın müddəti dekabra qədər uzadılıb

“Renessans Palace”ın “Payız aksiyası”nın müddəti dekabra qədər uzadılıb Bakı. 2 noyabr. REPORT.AZ/ Bakının ən iri premium sinif yaşayış kompleksi “Renessans Palace”da sentyabr və oktyabr aylarında keçirlən “Payız aksiyası”nın müddəti 1 ay uzadıldı. 36 min manatadək endirim və 36 ay müddətinə faizsiz ödəniş imkanından faydalanmaq istəyənlər noyabr ayının sonunadək kompleksdən mənzil və premium həyət tərzi ala bilərlər.
Biznes
2 Noyabr , 2018 13:27
“Renessans Palace”ın “Payız aksiyası”nın müddəti dekabra qədər uzadılıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakının ən iri premium sinif yaşayış kompleksi “Renessans Palace”da sentyabr və oktyabr aylarında keçirlən “Payız aksiyası”nın müddəti 1 ay uzadıldı. 36 min manatadək endirim və 36 ay müddətinə faizsiz ödəniş imkanından faydalanmaq istəyənlər noyabr ayının sonunadək kompleksdən mənzil və premium həyət tərzi ala bilərlər.

“Renessans Palace”ı inşa edən “AS Qrup İnvestment” şirkətindən bildirilir ki, sentyabrda başladılan və 2 ay davam etdirilməsi planlaşdırılan kampaniyanın müddəti ictimaiyyətin böyük marağı, bu şərtlərlə mənzil sahibi olmaq istəyənlərin çoxluğu səbəbindən uzadılıb.

“Payız aksiyası” ilə təklif olunan fürsətlərdən biri odur ki, kampaniya müdətində kompleksdən mənzil alan şəxslərə mənzilin ölçüsündən asılı olaraq 36 min manatadək endirim edilir. Üstəlik ev sahibi bu endirimli qiyməti 36 ay müddətinə üzərinə heç bir faiz hesablanmadan hissə-hissə ödəyə bilər.

Şərtlərlə ətraflı tanış olmaq və başqa özəl təkliflər əldə etmək istəyən şəxslər 012 5382977 və 050 7158888 nömrələri vasitəsilə “Renessans Palace”la birbaşa əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi