Qlobal ticarətdə rekord azalma gözlənilir

Qlobal ticarətdə rekord azalma gözlənilir Bu ilin I rübündə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qlobal ticarət 3% azalıb. II rübdə azalma rekord həddə - 18,5% təşkil edə bilər.
Biznes
23 İyun , 2020 15:08
Qlobal ticarətdə rekord azalma gözlənilir

Bu ilin I rübündə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qlobal ticarət 3% azalıb. II rübdə azalma rekord həddə - 18,5% təşkil edə bilər. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hesabatında bildirilir. 

Bununla belə, qurumun ekspertlərinin fikrincə, vəziyyət daha da pis ola bilərdi. 

“Hazırda müşahidə etdiyimiz ticarətin tənəzzülü tarixən ən böyüyüdür. Bəlkə də bu günə qədər olan ən kəskin azalma yaşandı. Ancaq müsbət məqam budur ki, hər şey daha da pis ola bilərdi. Hazırda qəbul edilən siyasi qərarlar pandemiyanın istehsal və ticarətə təsirini azaltmaq üçün çox vacibdir. İstehsal və ticarətin 2021-ci ildə sürətlə bərpa olunması üçün maliyyə, pul və ticarət siyasəti eyni istiqamətdə hərəkət etməlidir”, - ÜTT-nin Baş direktoru Robert Azevedu hesabatı şərh edib. 

Xatırladaq ki, ÜTT bu ilin aprel ayında pandemiya ilə əlaqədar hadisələrin inkişafının iki ssenarisini nəzərdən keçirib. Bunlardan nisbətən nikbin ssenari bu il qlobal ticarətdə 13% azalmanı, nisbətən bədbin ssenari isə 32% azalmasını nəzərdə tutur. Hesabatda deyilir ki, I ssenarinin reallaşması üçün III və IV rüblərdə ticarət ayrı-ayrılırqda 2,5% artmalıdır.

Bununla yanaşı, ekspertlər hesab edirlər ki, 2021-ci il üçün perspektivlər qeyri-müəyyən görünür, çünki koronavirusun mümkün ikinci dalğası yaşana, iqtisadi artım gözləniləndən aşağı ola və dövlətlər ticarət məhdudiyyətlərini davam etdirə bilər.

Son xəbərlər

Orphus sistemi