Qətər Suveren İnvestisiya Fondu Azərbaycanı potensial tərəfdaş kimi görür

Qətər Suveren İnvestisiya Fondu Azərbaycanı potensial tərəfdaş kimi görür Qətər Suveren İnvestisiya Fondu Azərbaycanı həm rəqib, həm də potensial tərəfdaş kimi qiymətləndirir.
Biznes
17 Noyabr , 2022 11:28
Qətər Suveren İnvestisiya Fondu Azərbaycanı potensial tərəfdaş kimi görür

Qətər Suveren İnvestisiya Fondu Azərbaycanı həm rəqib, həm də potensial tərəfdaş kimi qiymətləndirir.

“Report” xəbər verir ki, bunu Qətər Suveren İnvestisiya Fondunun baş investisiya strateqi Donald Reymond bildirib.

“Ümid edirəm ki, gələcəkdə Azərbaycanla əməkdaşlıq edəcəyik. Bir qayda olaraq, ölkələrin suveren fondları kimi təşkilatlar rəqib olurlar. Digər tərəfdən, əməkdaşlıq edə biləcəyimiz sahələr də var”, - o vurğulayıb.

Onun sözlərinə görə, suveren fondlar arasında bir çoxlarının əldə etmək istədiyi cəlbedici aktivlər uğrunda rəqabət yarana bilər: “Bir qayda olaraq, biz də istedad axtarışındayıq və yaxşı mütəxəssisləri işə götürmək istəyirik”.

D.Reymond əlavə edib ki, ideya, strategiya və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq etmək olar.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən baş investisiya strateqi belə forumların çox faydalı olduğunu vurğulayıb: “Biz elə indi dayanıqlı inkişafa sərmayə qoymaqdan danışdıq. Söhbət buna yanaşmalarınız necə olmasından, onu investisiya prosesinə necə inteqrasiya etməyimizdən gedir”.

Forumda həmçinin investisiya imkanlarının daha geniş aspektləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi