Qəhvənin qiyməti 25%-dən çox artıb

Qəhvənin qiyməti 25%-dən çox artıb Latın Amerikasında istehsalın azalması səbəbindən son həftələrdə qəhvənin qiyməti 25%-dən çox artıb.
Biznes
29 Noyabr , 2019 12:36
Qəhvənin qiyməti 25%-dən çox artıb

Latın Amerikasında istehsalın azalması səbəbindən son həftələrdə qəhvənin qiyməti 25%-dən çox artıb.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, "Intercontinental Exchange"də (birjalar və klirinq palataları şəbəkəsi - red.) fyuçersin qiyməti 1 funt üçün 93 sentdən 1,173 dollara yüksəlib.

Məlumdur ki, son iki həftə ərzində anbarlarda qəhvə ehtiyatları, demək olar, 78 min kisə azalıb.

Mütəxəssislər hesab edirlər ki, dünyada ərəb qəhvəsi istehsalı üzrə ən böyük üçüncü ölkə olan Hondurasda məhsul yığımının yavaşlaması ilk növbədə quru iqlim ilə əlaqədardır.

"Maxar" konsaltinq şirkətinin məlumatına görə, quraqlıq Braziliya və Peruda da qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi