Qazaxıstanla avtomobil nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub

Qazaxıstanla avtomobil nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub Bakı. 24 may. REPORT.AZ/ Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində KazakhExport ixracın sığortalanması şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Biznes
24 May , 2018 17:58
Qazaxıstanla avtomobil nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub

Bakı. 24 may. REPORT.AZ/ Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində "KazakhExport" ixracın sığortalanması şirkətinin nümayəndələri ilə görüş keçirilib.

"Report"a daxil olan məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinə Xidmət rəisi Həbib Həsənov, Qazaxıstan nümayəndə heyətinə isə "KazakhExport"un İdarə Heyətinin sədri Ruslan İsakov rəhbərlik edib.

Görüş zamanı tərəflər arasında iqtisadi, ticarət və nəqliyyat, o cümlədən avtomobil nəqliyyatı sahəsində mövcud vəziyyət barədə geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda Qazaxıstan Respublikasının nümayəndələri avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarında dövlət tənzimlənməsi, Qazaxıstannda Çin və Koreya şirkətləri tərəfindən müştərək müəssisələrin yaradılması və eyni zamanda "Daewoo", "Hyundai" və "İveco" markalı avtobusların, həm də elektromobillərin istehsalı barədə təqdimatla çıxış edib.

Ruslan İsakov sərnişin avtobusları parkının yenilənməsi sahəsində dövlət proqramlarının qəbulu və icrası, şəhərdaxili sərnişin daşınmasında vahid bilet sisteminin və elektron bilet satışının tətbiqi, taksi minik avtomobillərinin və operatorlarının idarə olunması, həmçinin onlara dövlət nəzarətinin həyata keçirilməsi qaydaları barədə məlumat verib.

H.Həsənov isə qeyd olunan məsələlərlə bağlı Azərbaycan Respublikasında görülən və gələcəkdə nəzərdə tutulan tədbirlərə dair ətraflı məlumat verərək belə görüşlərin hər iki tərəf üçün əhəmiyyətini qeyd edib.

O, nəqliyyat sisteminin qloballaşması prosesində beynəlxalq nəqliyyat daşımalarının hüquqi tənzimlənməsi, daşıma prosesi iştirakçılarının məsuliyyəti və nəqliyyat təhlükəsizliyinin təmin edilməsinin qarşıda duran ən aktual məsələlər olduğunu qeyd edib.

Eyni zamanda Azərbaycan Respublikasının nəqliyyat sahəsində bir çox beynəlxalq konvensiya və sazişlərə qoşulduğunu vurğulayan H.Həsənov beynəlxalq öhdəliklərə əməl olunmasının ölkə daxilində aparılan hüquqi islahatların nəticəsi olduğunu vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi