Qazaxıstanda delfinariumlar bağlana bilər

Qazaxıstanda delfinariumlar bağlana bilər Qazaxıstanda delfinariumların fəaliyyətinə hüquqi qadağa qoyula bilər.
Biznes
24 Avqust , 2020 18:59
Qazaxıstanda delfinariumlar bağlana bilər

Qazaxıstanda delfinariumların fəaliyyətinə hüquqi qadağa qoyula bilər.

“Report” xəbər verir ki, bu barədə ölkənin ekologiya, geologiya və təbii ehtiyatlar naziri Məğzum Mirzəğəliyev “Twitter” səhifəsində yazıb.

“Ekologiya Nazirliyi delfinariumların bağlanması barədə qazaxıstanlı heyvan müdafiəçilərinin müraciətinə baxacaq. Delfinariumlarda delfinlərin vəziyyəti və saxlanma şəraitilə bağlı narahatlığı anlayışla qarşılayan nazirlik "Heyvanlara məsuliyyətli münasibət" haqqında qanun layihəsi çərçivəsində delfinariumların bağlanması məsələsinə baxmağa hazırdır. Bu, ayaqüstü həll olunacaq məsələ deyil, onun araşdırılması üçün bəlli bir zaman müddəti gərəkdir. Beynəlxalq təcrübələrin də tədqiqi zəruridir. “Heyvanlara məsuliyyətli münasibət” haqqında qanun layihəsində də humanizm prinsipləri əsas götürülür. Nazirlik adından bu məsələyə vətəndaş təəssübkeşliyi mövqeyindən yanaşan hər kəsə təşəkkür edirik”, - nazir bildirib.

Qeyd edək ki, “Heyvanlara məsuliyyətli münasibət” haqqında qanun layihəsi hazırda Qazaxıstanda ictimai müzakirə mərhələsindədir.

Son xəbərlər

Orphus sistemi