Qarabağa aid tarixi əsərlərin və abidələrin bərpa edilməsi müzakirə olunur

Qarabağa aid tarixi əsərlərin və abidələrin bərpa edilməsi müzakirə olunur “İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Tarix-Sənəd və Araşdırmalar Mərkəzinin əsas vəzifələrindən biri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə aid tarixi əsərlərin və abidələrin bərpa edilməsidir. Bura əlyazmalar, məscidlər, körpülər daxildir".
Biznes
29 Oktyabr , 2021 15:02
Qarabağa aid tarixi əsərlərin və abidələrin bərpa edilməsi müzakirə olunur

“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Tarix-Sənəd və Araşdırmalar Mərkəzinin əsas vəzifələrindən biri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə aid tarixi əsərlərin və abidələrin bərpa edilməsidir. Bura əlyazmalar, məscidlər, körpülər daxildir".

“Report” xəbər verir ki, bunu Şuşada səfərdə olan Mərkəzin rəhbəri Mahmut Kılıc deyib.

Səfər Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində təşkil edilib.

"Şuşa qalasına baxarkən adam kədərlənir. Bu torpaqları əsgərlər savaşaraq geri alıblar. Şəhidlərin ruhları şad olsun! Qazilərə isə Allahdan şəfa diləyirəm. Bu ərazilər nəhayət ki öz sahiblərinə geri qayıtdı”, - deyə o, qeyd edib.

Xatırladaq ki, oktyabrın 27-dən keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti bu gün başa çatır. İƏT-ə üzv ölkələrin rəsmi şəxslərinin və özəl sektor təmsilçilərinin iştirakı ilə baş tutmuş sammitin başlıca məqsədlərindən biri gənclərə startap layihələrini investorlara təqdim etmək fürsəti verməkdir.

Son xəbərlər

Orphus sistemi