Bu gün İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın ilk iclası keçirilib.
"Report" xəbər verir ki, Ə.Əsədov bildirib ki, milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini təmin etmək məqsədilə cənab Prezident qarşımızda yeni vəzifələr qoyub.
Bunlar aşağıdakılardır:
• makroiqtisadi və maliyyə sabitliyinin qorunması;
• iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlərinin formalaşdırılması;
• daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması;
• xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlb olunması;
• qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi;
• investisiya mühitinin radikal yaxşılaşdırılması;
• ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi;
• sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi və digər strateji vəzifələrdən ibarətdir.