Martın 17-də FETÖ terror təşkilatının üzvü olması iddiası ilə həbs edilən iş adamı Mübariz Mənsimovun sahib olduğu “Palmali Holding Company Limited” müflis olub.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var. Belə ki, İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi qərar sadəcə "Palmali Holding Company Limited" və Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olduğu bütün aktivləri əhatə edir. Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün
Bundan başqa, məhkəmənin qərarına əməl olunmadığı halda dünya miqyasında M.Mənsimovun birbaşa və ya dolayısı ilə iştirak etdiyi bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulmasını və ticarət əməliyyatlarını qadağan edilməsini nəzərdə tutur.
İngiltərə Ali Məhkəməsinin qərarına əsasən, Mübariz Mənsimov və “Palmali Holdinq”in İngiltərə və Uelsdəki ümumilikdə 261,94 milyon ABŞ dollarlıq
Qeyd edək ki, daha əvvəl Almaniyanın “Hamburg Commercial Bank”ı “Palmali Holding”in 27 milyon ABŞ dollarlıq borcuna qarşı 6 ümumi yük gəmisinə nəzarətin banka təhvil verilməsi üçün məhkəməyə müraciət etmişdi. 2018-ci ildə isə Rusiyanın Rostov Arbitraj Məhkəməsi, “Sberbank”a olan 220 milyon ABŞ dollarlıq borcunun qarşılığında şirkətin törəmə müəssisəsi “Palmali Rostov” MMC-in müflis olmasını təsdiqləmişdi. Məhkəmənin qərarı ilə “Palmali Rostov” MMC-yə məxsus 52 gəmiyə həbs qoyulmuş, 43 gəmi isə Rostov Məhkəməsi tərəfindən 2019-cu ilin sentyabrında satışa çıxarılmışdı.