Pakistanın biznes missiyası yaxın günlərdə Azərbaycana səfər edəcək

Pakistanın biznes missiyası yaxın günlərdə Azərbaycana səfər edəcək Dekabrın ikinci yarısında Pakistanın düyü istehsal edən şirkətlərinin təmsilçiləri Azərbaycana səfər edəcək.
Biznes
1 Dekabr , 2022 15:10
Pakistanın biznes missiyası yaxın günlərdə Azərbaycana səfər edəcək

Dekabrın ikinci yarısında Pakistanın düyü istehsal edən şirkətlərinin təmsilçiləri Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Pakistan biznes-forumu çərçivəsində bildirib.

"Bu səfər Pakistan düyüsünü Azərbaycan bazarında daha rəqabətli edə bilər. Eyni zamanda, gələn ilin fevral-mart aylarında Azərbaycan biznes missiyası Pakistana səfər edəcək", - Y. Abdullayev deyib.

Qeyd edək ki, Bakıda AZPROMO və "Global Business Aliance"ın birgə təşkilatçılığı ilə Azərbaycan-Pakistan biznes-forumu keçirilir. Biznes-forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, qida, əczaçılıq, turizm, tekstil kimi sahələrdə fəaliyyət göstərən 60-dan çox sahibkar iştirak edir.

Forumda iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub, daha sonra "Global Business Aliance" və Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası (PAKAZCHAM) arasında Anlaşma Memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi