Ölkənin ixracının genişləndirilməsi üçün yeni strategiya hazırlanıb

Ölkənin ixracının genişləndirilməsi üçün yeni strategiya hazırlanıb Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.
Biznes
365
3 Sentyabr , 2020 12:53
Ölkənin ixracının genişləndirilməsi üçün yeni strategiya hazırlanıb

"Azərbaycanın Milli İxrac Strategiyası (MİS) hazırlanıb və  bu ay Nazirlər Kabinetinə təqdim ediləcək".

"Report" xəbər verir ki, bu barədə  İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

O  əlavə edib ki, bununla yanaşı, AZPROMO-nun ixracatçılara göstərdiyi xidmətlər üçün müraciətlərin elektronlaşdırılmasına dair işlər görülür: “Koronavirus  pamdemiyası ilə əlaqədar tətbiq edilən sərt karantin dövründə gördük ki, elektron ticarətə fokuslanmaq çox önəmlidir. Bunun üçün də, "Made in Azerbaijan" brendinə elektron ticarətin təşviqinə dair mezanizmlərin əlavə edilməsini nəzərdə tutulur”.

Son xəbərlər

Orphus sistemi