Ölkədə fəaliyyət göstərən beyin mərkəzlərinin effektiv əməkdaşlığa cəlbi müzakirə edilir

Ölkədə fəaliyyət göstərən beyin mərkəzlərinin effektiv əməkdaşlığa cəlbi müzakirə edilir İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İqtisadi-riyazi üsulların tətbiqi və əhəmiyyəti müzakirə olunub.
Biznes
5 Mart , 2020 11:33
Ölkədə fəaliyyət göstərən beyin mərkəzlərinin effektiv əməkdaşlığa cəlbi müzakirə edilir
google.az

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İqtisadi-riyazi üsulların tətbiqi və əhəmiyyəti müzakirə olunub.

"Report" xəbər verir ki, İİTKM-də “İqtisadi islahatlar: İqtisadi-riyazi üsulların tətbiqi və əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.

İİTKM-in icraçi direktoru Vüsal Qasımlı açılış nitqində ölkədə fəaliyyət göstərən tədqiqat mərkəzlərinin yüksək səviyyəli elm xadimləri ilə iqtisadi təhlil və modelləşdirmə üzrə fikir və təcrübə mübadiləsini olduqca əhəmiyyətli hesab edib.

Ölkədə beyin mərkəzləri tərəfindən işlənib hazırlanan və iqtisadi prosesləri hərtərəfli özündə təsvir edə bilən müxtəlif iqtisadi-riyazi təhlil metodlarından istifadə imkanları və onların tətbiqi nəticəsində əldə olunan nəticələr barəsində geniş fikir mübadiləsi aparılıb.

O da qeyd edilib ki, hazırda dünyada baş verən geosiyasi və iqtisadi prosseslər daha təkmil və mütərəqqi iqtisadi təhlil metodlarından istifadəni labüd edir. İqtisadi təhlillərin nəticələrinin iqtisadi siyasətin istiqamətlərinin formalaşdırılmasında, eləcə də daha optimal qərarqəbuletməyə təsirləri barəsində danışılıb. Beynəlxalq təcrübəyə əsaslanaraq ölkədə fəaliyyət göstərən beyin mərkəzlərinin gələcəkdə effektiv və koordinasiyalı şəkildə əməkdaşlığa cəlb olunma yolları müzakirə olunub və birgə fəaliyyətlər müəyyən edilib, eləcə də bu istiqamətdə mütəmadi dəyirmi masaların keçirilməsi tövsiyə olunub.

“İqtisadi islahatlar: İqtisadi-riyazi üsulların tətbiqi və əhəmiyyəti” mövzusunda elmi müzakirə iki sessiyadan ibarət olub.

Son xəbərlər

Orphus sistemi