Nyu-York Fond Birjasının sahibi “eBay”ı alacaqmı?

Nyu-York Fond Birjasının sahibi “eBay”ı alacaqmı? Nyu-York Fond Birjasının sahibi - “Intercontinental Exchange” (ICE) şirkəti dünyanın ən iri onlayn ticarət portallarından biri olan “eBay”ı satın almağı düşünmür.
Biznes
5 Fevral , 2020 15:47
Nyu-York Fond Birjasının sahibi “eBay”ı alacaqmı?

Nyu-York Fond Birjasının sahibi - “Intercontinental Exchange” (ICE) şirkəti dünyanın ən iri onlayn ticarət portallarından biri olan “eBay”ı satın almağı düşünmür.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. 

"Sadəcə ICE hər iki şirkətin səhmdarları üçün sərfəli ola biləcək əməkdaşlıq formalarını öyrənmək üçün “eBay”a müraciət edib. Qarşı tərəf isə buna ciddi maraq göstərməyib. Biz “eBay”ın tam və yaxud qismən alınması barədə danışqlar aparmırıq”, - deyə ICE bəyan edib. 

Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın "Wall Street Journal" nəşri ICE-nin “eBay”ı satın almağa hazırlaşdığını, bu sövdələşmənin dəyərinin 30 milyard ABŞ dollarından artıq olacağını, lakin danışıqların başlanılmadığını yazıb. 

"e-Bay"ı 1995-ci ildə tanınmış sahibkar və kompüter mütəxəssisi Pyer Omidyar təsis edib. Şirkətin qərargahı San Xosedə yerləşir. 

Son xəbərlər

Orphus sistemi