Niyazi Səfərov: "Yaxın illərdə Azərbaycan özünü tikinti sənayesi məhsulları ilə tam təmin edəcək"

Biznes
  • 05 iyun, 2018
  • 11:12
Niyazi Səfərov: Yaxın illərdə Azərbaycan özünü tikinti sənayesi məhsulları ilə tam təmin edəcək
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov
Report/ Firi Salim

Bakı. 5 iyun. REPORT.AZ/ "Həm tikinti, həm də maşınqayırma sahəsi bir sıra sosial problemlərin həllinə yönəlmiş sahələrdir. Yaxın illərdə Azərbaycan özünü tikinti sənayesi məhsulları ilə tam təmin edəcək".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqı - Azərbaycan Biznes Forumunun "Tikinti və maşınqayırma" panelində çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib:

"Hazırda bir sıra tikinti məhsulları sahəsində özümüzü tam təmin edə bilirik. Amma bəzi sahələrdə bu tam olmasa da, göstəricilər yüksəkdir. Yaxın illərdə biz özümüzü 100% tikinti məhsulları ilə təmin edəcəyik. Əldə olunan rəqəmlərə görə, tikinti məhsulları isteshsalı 47%-dən çox, sement istehsalı 24%-dən artıq, kərpic istehsalı isə 48% artıb".

Nazir müavini Azərbaycanda maşınqayırma sahəsinin də inkişaf etdiyini qeyd edib: "Azərbaycanda tikinti və maşınqayırma sahəsində keçirilən tədbirlər davamlıdır. Bu tədbirlər iqtisadi diversifikasiyanın, kadr hazırlığının və xalqımızın rifah vəziyyətinin yüksəldilməsinə xidmət edir".

Son xəbərlər

Bütün Xəbər Lenti