“Nintendo” “Switch” istehsalını ildə 30 mln konsola çatdırmağı planlaşdırır

“Nintendo” “Switch” istehsalını ildə 30 mln konsola çatdırmağı planlaşdırır Bu, il ərzində artıq ikinci artım qərarıdır
Biznes
9 Sentyabr , 2020 12:07
“Nintendo” “Switch” istehsalını ildə 30 mln konsola çatdırmağı planlaşdırır

Yaponiyanın Nintendo şirkəti bu il artıq ikinci dəfə flaqman oyun konsolu olan “Switch”in istehsalını artırmağı planlaşdırır.

Report xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Qeyd olunur ki, şirkətin istehsal həcmini ildə 30 milyon ədədə çatdırmağı hədəfləyir. Buna qədər “Nintendo” avqustda istehsal güclərini ildə 25 milyon ədəd konsol istehsal üçün artırmışdı. Şirkətdən konsolların istehsalındakı ardıcıl artımın koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətlə bağlı olduğunu bildiriblər. Belə ki, özlərini evə təcrid edən insanlar aktiv şəkildə oyun konsolları və oyunları almağa başlayıblar və belədə videooyun bazarında tələbat kəskin artıb.

Əlavə edək ki, “Nintendo” koronavirus pandemiyası fonunda oyun konsolu istehsalını artıran yeganə şirkət deyil. İyulda “Bloomberg” “Sony”nin istfadəyə verilməyə hazırlanan “PlayStation 5” konsolunun istehsalını iki dəfə artırdığını məlumat vermişdi. “Sony”nin bu il PS5 konsolunun istehsalını 10 milyon ədədə çatdırmağı planlaşdırdığı qeyd edilmişdi.

Son xəbərlər

Orphus sistemi