“Net Group” şirkəti 65 yaşdan yuxarı tənha insanlara dəstək olacaq

“Net Group” şirkəti 65 yaşdan yuxarı tənha insanlara dəstək olacaq Dünyada koronavirus pandemiyasının yayılması hər bir təşkilatı və qurumu bu virusla mübarizə yollarının axtarmasına, həmçinin texnoloji həllərin yaratmasına sövq edir. Dövlətimizin başçısının müvafiq Fərmanı ilə ölkəmizdə bu bəlaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bütün cəmiyyətimizin Prezidentin təşəbbüsünə dəstək verməsi xalqın həmrəyliyinin və dövlətinə inamının ifadəsidir.
Biznes
14 Aprel , 2020 12:54
“Net Group” şirkəti 65 yaşdan yuxarı tənha insanlara dəstək olacaq

Dünyada koronavirus pandemiyasının yayılması hər bir təşkilatı və qurumu bu virusla mübarizə yollarının axtarmasına, həmçinin texnoloji həllərin yaratmasına sövq edir. Dövlətimizin başçısının müvafiq Fərmanı ilə ölkəmizdə bu bəlaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bütün cəmiyyətimizin Prezidentin təşəbbüsünə dəstək verməsi xalqın həmrəyliyinin və dövlətinə inamının ifadəsidir.

Bu barədə “Report”a şirkətdən məlumat verilib.

Bildirilib ki, Evdeqal.net layihəsi "Premium Bank"ın sponsorluğu ilə “Net Group” şirkəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial yardım tövsiyyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyaclarının təmin olunmasına dəstək olaraq hazırlanıb istifadəyə verilib.

Layihənin məqsədi ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin təşkilinə dəstək olmaq və heç bir maddi qazanc güdmədən ehtiyacı olanlara yardım etmək, sevinc hisslərinin yaranmasına səbəb olmaqdır.

"Qeyd edək ki, könüllü sıralarına qoşulmaq istəyən hər bir insanı layihəmizdə qeydiyyatdan keçməyə dəvət edirik. Birlikdə bütün çətinliklərin öhdəsindən gələcəyik. Könüllülər zəruri malların və dərmanların alınmasında yardım göstərəcəklər, kuryerlərimiz isə ünvanlara çatdırmaları həyata keçirəcəklər. Bu layihədə iştiraka görə ayrıca təşəkkürümüzü “RAHAT” supermarketlər şəbəkəsinə bildiririk.

Sosial dəstəyə ehtiyacı olanlara qayğı və hörmət göstərmək hər birimizin borcudur!", - məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi