NEQSOL Holding Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “YAŞAT” Fonduna 500 000 manat vəsait ayırıb.
Fonda köçürülən vəsaitin bir hissəsi Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizə zamanı yaralanaraq əlilliyi təyin olunmuş şəxslərin və şəhid ailəsi üzvlərinin təhsil və müalicə xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
Vəsaitin digər hissəsi isə NEQSOL Holding-in dəstəyi ilə “YAŞAT” Fondunun icra edəcəyi xüsusi sosial layihələrə ayrılıb.
Beləliklə, 2021-ci ildən etibarən köçürülmüş ianələr və hazırkı məbləğ də daxil olmaqla, NEQSOL Holding-in qərarı ilə tərkibindəki Bakcell, Norm, Azerconnect Group və Nobel Energy şirkətləri “YAŞAT” Fonduna ümumilikdə 3,7 milyon manat vəsait ayırıb.
NEQSOL Holding qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq kimi ən xoş arzularını çatdırır.
NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.