Nazir: "Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır"

Nazir: "Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır" Azərbaycanla Rusiya sərhədində, Samur çayı üzərində körpünün açılışı iki ölkə arasında əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir.
Biznes
24 Dekabr , 2019 14:55
Nazir: Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin / Report/ Elchin Murad

"Azərbaycanla Rusiya sərhədində, Samur çayı üzərində körpünün açılışı iki ölkə arasında əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir".

“Report” xəbər verir ki, bu barədə körpünün açılışında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib.

O, bu layihənin həyata keçirilməsində hər iki ölkə prezidentlərinin xüsusi töhfəsi olduğunu deyib: “Bu layihə asanlıqla başa gəlməyib. İlbəil məsələ Höklumətlərarası Komissiyada müzakirə olunurdu, amma irəli getmirdi. Buradakı problemləri, əskik infrastruktur üzündən yaranan uzun növbələri görürdük. Amma ötən ilin sentyabr ayında Prezident İlham Əliyevin Soçi şəhərinə səfəri zamanı yekun razılaşmalar əldə edildi, bütün məsələlər yoluna qoyuldu. İndi, bir il sonra burada gözəl bir körpü inşa edilib”.

İki ölkə arasında əlaqələrin gücləndiyini dilə gətirən nazir Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin bu il 25 faiz artdığını, bu rəqəmin xarici ticarət əlaqələri sırasında ən yüksək göstəricilərdən olduğunu söyləyib: “Dünya iqtisadiyyatında bu qədər problemlər ola-ola bizim başqa ölkələrlə buna yaxın göstəricilərimiz yox dərəcəsindədir. Bu da Azərbaycanla qarşılıqlı münasibətlərimizin addım-addım inkişaf etdiyini göstərir”.

Rusiyalı nazir daha sonra Azərbaycanla qarşılıqlı turist axınlarının artdığını, müvafiq infrastrukturun inkişaf etdirməyin vacib olduğunu, o cümlədən yol tikintisi sahəsində layihələr həyata keçiriləcəyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi