Nazir müavini: "Serbiya və Azərbaycan milli kitabxanaları arasında Anlaşma Memorandumu imzalanacaq"

Nazir müavini: "Serbiya və Azərbaycan milli kitabxanaları arasında Anlaşma Memorandumu imzalanacaq" Bu ilin oktyabr ayında Serbiya və Azərbaycan milli kitabxanaları arasında qarşılıqlı Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.
Biznes
25 İyul , 2024 18:02
Nazir müavini: Serbiya və Azərbaycan milli kitabxanaları arasında Anlaşma Memorandumu imzalanacaq

Bu ilin oktyabr ayında Serbiya və Azərbaycan milli kitabxanaları arasında qarşılıqlı Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bakıda keçirilən Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında bildirib.

“Bu ilin oktyabr ayında keçiriləcək Bakı Beynəlxalq Kitab Sərgisində Serbiya nümayəndə heyətinin iştirak etməsini gözləyirik. Biz mədəniyyət müəssisələri arasında birbaşa əlaqələri layihəyə daxil etmişik və bildirirəm ki, Serbiya və Azərbaycan milli kitabxanaları arasında əməkdaşlıq üçün möhkəm təməl mövcuddur. Bu iki qurum arasında qarşılıqlı Anlaşma Memorandumunun Bakı Beynəlxalq Kitab Sərgisi zamanı imzalanması planlaşdırılır”, - nazir müavini qeyd edib.

Son xəbərlər

Orphus sistemi