Naxçıvanda ixracla bağlı müzakirələr aparılıb

Naxçıvanda ixracla bağlı müzakirələr aparılıb Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində ixracla bağlı müzakirələr aparılıb.
Biznes
12 Fevral , 2024 16:11
Naxçıvanda ixracla bağlı müzakirələr aparılıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində ixracla bağlı müzakirələr aparılıb.

Bu barədə "Report"un yerli bürosuna nazirlikdən bildirilib.

Məlumata görə, nazir müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov sahibkarlarla görüşüb. Görüşdə muxtar respublikadan Türkiyəyə güzəştli rejim çərçivəsində ixracın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Naxçıvan iqtisadiyyatının davamlı inkişafına böyük önəm verildiyini diqqətə çatdıran A.İsmayılov bölgənin potensialının reallaşdırılması və yeni məhsulların ixrac imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə istehsalın və ixracın artırılması üçün həyata keçirilməli olan tədbirlərlə bağlı təkliflər dinlənilib.

Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi