Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı 2 %-dən çox artıb

Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı 2 %-dən çox artıb ​​​​​​​Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumilikdə 8 169 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
Biznes
9 Oktyabr , 2024 11:51
Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı 2 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumilikdə 8 169 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 2,2 % artıb.

Bu ilin 9 ayında muxtar respublikanın daşınmaz əmlakın dövlət reyestrində 3 538 torpaq sahəsi, 2 901 fərdi yaşayış və bağ evi, 1 254 mənzil, 111 qeyri-yaşayış binası, 340 qeyri-yaşayış sahəsi, 24 əmlak kompleksi kimi müəssisə, 1 çoxmərtəbəli yaşayış binası dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, daşınmaz əmlakla bağlı əməliyatların aparılmasına dair müraciətlərin sayı ötən ilki müvafiq göstəricidən 22,8 %, qeydiyyata alınmış torpaq sahələrinin sayı 22,5 %, qeyri-yaşayış sahələrinin sayı 32,2 % çox olub.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdən daxil olan dövlət rüsumu 13,6 % artaraq 884,5 min manat, xidmət haqqı isə 32 % artaraq 1,7 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi