Müvəqqəti işlər vəkili: "ABŞ qadın sahibkarlığının inkişafı sahəsində Azərbaycanla əməkdaşlıq edir"

Müvəqqəti işlər vəkili: "ABŞ qadın sahibkarlığının inkişafı sahəsində Azərbaycanla əməkdaşlıq edir" Bakı. 14 noyabr. REPORT.AZ/ ABŞ qadınların iqtisadiyyata cəlb edilməsi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.
Biznes
14 Noyabr , 2018 13:02
Müvəqqəti işlər vəkili: ABŞ qadın sahibkarlığının inkişafı sahəsində Azərbaycanla əməkdaşlıq edir
0 : 00
0 : 00

Bakı. 14 noyabr. REPORT.AZ/ "ABŞ qadınların iqtisadiyyata cəlb edilməsi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır".

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill bildirib.

O, bu məsələnin ABŞ üçün prioritet olduğunu qeyd edib: "Bunun Azərbaycan üçün də vacib olduğunu görürük və bu istiqamətdə ölkə ilə əməkdaşlıq etmək istəyirik. USAID vasitəsilə qadın sahibkarlığının inkişafına yönəlmiş bir sıra layihələr həyata keçiririk. Qadın sahibkarlığına dəstəyin əhalinin, təxminən, 50%-nin iqtisadi potensialını və innovasiyaları nümayiş etdirməsinə imkan verəcək".

Son xəbərlər

Orphus sistemi