Mütəxəssis axtarmaq üçün xaricə üz tutmaq dövrü sona çatdı

Biznes
  • 13 iyun, 2023
  • 07:10
Mütəxəssis axtarmaq üçün xaricə üz tutmaq dövrü sona çatdı

“Əvvəl əmək bazarında yerli kadrlar əvəzinə xarici kadrlara daha çox üstünlük verilirdi. Lakin Bakı Dizayn Akademiyası bu tabuları yıxdı və modern sahələrdə xarici kadrlarla rəqabətədavamlı yerli kadrlar yetişdirir. Artıq professional kadr axtararkən xarici bazara üz tutmağa gərək yoxdur”

Bunu rebrendinq təqdimatındakı çıxışında Akademiyanın rəhbəri Aysel Gülməmmədova qeyd edib.

İyunun 4-də ölkənin təhsil sektorunda öncül şirkətlərindən biri olan Bakı Dizayn Akademiyası yenilənmiş brendinqini təqdim edib. Əsasən, dizayn sahələrində mütəxəssis yetişdirən Akademiya, yeni subbrendi daxilində "Full Stack Development", "Data Scienc"e, "Product Owner" kimi yeni ixtisasların yaradıldığını da elan etdi.

Daim fərqli işləri ilə diqqət mərkəzində olan Akademiya elə rebrendinq tədbirini də özünəməxsus tərzdə həyata keçirib. Qonaqların hər birinə unikal və şəxsə özəl dəvət məktubları göndərilib. Adı xüsusilə “Metamorfoz” seçilən tədbir, həm yaradıcı sektorun, həm də Akademiyanın özünün fasiləsiz inkişafını simvolizə edir.

Tədbirdə kreativ sektorun öndəgələn şəxsləri və şirkət rəhbərləri bir araya gəlib. Avroviziya təmsilçiləri Nadir Rüstəmli və TuralTuranX səhnədə canlı performansla çıxış ediblər.

Akademiyanın Karyera Mərkəzinin rəhbəri Türkan Devricova isə öz çıxışında karyerasının ilkin addımlarında çətinliklərlə qarşılaşan gənclər üçün yaradılmış fürsətlər, məzunlarının əmək bazarına hazır kadr kimi formalaşmaları üçün görülən işlər və püxtələşmiş dizayner axtarışında olan müxtəlif şirkətlərlə əməkdaşlıq imkanlarından bəhs edib.