MMF2024-ün III gününün spikerləri bəlli oldu!

MMF2024-ün III gününün spikerləri bəlli oldu! “Bilik təcrübədə tamamlanır” şüarı ilə bu il IX dəfə keçiriləcək Milli Marketinq Forumu (MMF) 28, 29 və 30 iyunda “Baku Marriott Hotel Boulevard”da keçiriləcək.
Biznes
24 İyun , 2024 16:36
MMF2024-ün III gününün spikerləri bəlli oldu!

“Bilik təcrübədə tamamlanır” şüarı ilə bu il IX dəfə keçiriləcək Milli Marketinq Forumu (MMF) 28, 29 və 30 iyunda “Baku Marriott Hotel Boulevard”da keçiriləcək.

“Facemark” və “Fil Agency” şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək forum 9 paneldən ibarət olacaq. 500-dən çox şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq tədbir ölkəmizdə marketinq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

28 iyunda online, 29-30 iyunda offline davam edəcək tədbirin III günü “Yeni media və PR paneli ilə başlayacaq. “İrşad Electronics”in marketinq departamentinin rəhbəri Şəbnəm Hümbətovanın moderatorluğu ilə baş tutacaq paneldə “Biznes mərkəzi” verilişinin layihə rəhbəri və aparıcısı Rüfət Nadirli, “YelloAd” şirkətinin təsisçisi Namiq Bayramov, “OBA Marketlər Şəbəkəsi”nin marketinq kommunikasiyaları şöbə müdiri Aynur Qaraqurbanlı, “Aztelekom” və “Baktelekom”un korporativ əlaqələr sektorunun rəhbəri Səfər Aslanov öz təcrübələrini paylaşacaq.

“Satış və Ticari Marketinq” paneli “Readit.az” təsisçisi Elmir Kərimlinin moderatorluğu ilə keçiriləcək. “Avrora” şirkətinin marketinq meneceri Elşən Əmirov, “Metric Analytics” şirkətinin təsisçisi Rövşən Nadirov, “Oba Marketlər Şəbəkəsi”nin trade marketinq üzrə şöbə müdiri Tərlan Mehmanov, “Aztelekom” MMC-nin B2B şöbə müdiri Elgiz Əliyev, “CEO's Lounge” şirkətinin brend meneceri Burak Kölemen ticari marketinq sahəsi üzrə müzakirələr edəcəklər.

Rəy liderləripaneli “İctimai radio”nun direktoru DJ Fatehin moderatorluğu ilə keçiriləcək. Panelin spikerləri – aktyor, ssenarist, prodüser Azər Aydəmir, yazar Aqşin Yenisey, “1/4 Agency”nin CEO və həmtəsisçisi Səma Abiyeva rəqəmsal dünyanın ən son yeniliklərindən danışacaqlar.

Həmçinin Dövlət Məşğulluq Agentliyi Mərkəzi karyera filialının rəhbəri Toğrul Ələkbər, “Planly” şirkətinin təsisçisi Toğrul Səməd, “Gang Full Production House” şirkətinin partneri Özgür Baykut və Sənan Orucov tədbir zamanı keynote spiker qismində təqdimatlarını edəcəklər.

MMF-yə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (https://millimarketinqforumu.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/MilliMarketinqForumu

İnstaqram: https://www.instagram.com/milli_marketinq_forumu/

Linkedln: https://www.linkedin.com/company/milli-marketinq-forumu/

Son xəbərlər

Orphus sistemi