"MilliÖN" – 15 il sizinlə!
- 06 iyul, 2023
- 05:34
Yeniliklərdən dərhal xəbərdar olun!
2008-ci ildə yaradılmış ölkənin bir nömrəli ödəmə terminalı kimi tanınan "MilliÖN" brendi 15 yaşını qeyd edir!
Qısa müddət ərzində Azərbaycanda elektron ödəniş sistemləri bazarında liderlik əldə edərək MilliÖN müştərilərinə rahat və etibarlı yolla müxtəlif xidmətlərin qısa zamanda ödənilməsinə köməklik göstərir.
"PashaPay" MMC-nin məhsulu olan "MilliÖN" hazırda ölkə üzrə 5 500-dən çox qırmızı ödəniş terminalına, 700-dən artıq xidmət növünə malikdir. Bakıdan Qarabağa qədər geniş terminallar şəbəkəmiz alış-veriş və biznes mərkəzləri, banklar, dövlət orqanları və şöbələri, piyada keçidləri, metro stansiyaları, supermarketlər, hava limanları, avtobus dayanacaqlarını əhatə edir. Həmçinin ödənişlərin daha tez, rahat edilməsi üçün artıq "PashaPay"in daha bir məhsulu "m10" elektron pulqabısı üzərindən "MilliÖN" ödənişlərini həyata keçirmək olar.
"MilliÖN" brendi bütün təklif edilən xidmətlərə yüksək səviyyədə zəmanət vermək üçün ISO 9001:2008 standartına uyğun Keyfiyyət İdarəetmə Sisteminə əsasən fəaliyyət göstərir.