Mikayıl Cabbarov: "Neft-qaz əsas ixrac malları olaraq qalmaqdadır"

Mikayıl Cabbarov: "Neft-qaz əsas ixrac malları olaraq qalmaqdadır" Neft və qaz Azərbaycanın əsas ixrac malları olaraq qalmaqdadır.
Biznes
17 May , 2022 10:54
Mikayıl Cabbarov: Neft-qaz əsas ixrac malları olaraq qalmaqdadır
Mikayıl Cabbarov

Neft və qaz Azərbaycanın əsas ixrac malları olaraq qalmaqdadır.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Bununla belə, nazir bildirib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% çox olub.

Bundan başqa, M.Cabbarov deyib ki, 4 ay ərzində Azərbaycanda iqtisadi artım 7,2%, o cümlədən qeyri-neft sektoru üzrə artım 11,4% təşkil edib.

Son xəbərlər

Orphus sistemi