"Silk Way Holding" daxilində rebrendinq davam edir

Biznes
  • 13 iyul, 2020
  • 07:51
Silk Way Holding daxilində rebrendinq davam edir

"Silk Way Holding" MMC-yə daxil olan və Zabrat aeroportunda fəaliyyət göstərən "Silk Vey Helicopter Services" MMC adını dəyişib. 

"Report" xəbər verir ki, şirkəti artıq  "ASG Helicopter Services" adlanır. 

Bu, 2020-ci ildə "Silk Way Holding"də baş tutan 3-cüi rebrendinqdir. Bundan əvvəl, martda holdinqin tərkibindəki "Silk Vey Travel" MMC adını "Silk Rovv Travel"ə, iyunda isə "Silk Way Business Aviation" MMC adını "ASG Business Aviation"ə dəyişmişdi.