Məmməd Musayev: “Sahibkarlar Türkiyəyə edilən yardımlarda fəal iştirak etmək istəyir”

Məmməd Musayev: “Sahibkarlar Türkiyəyə edilən yardımlarda fəal iştirak etmək istəyir” Azərbaycan sahibkarları əlindən gələn dəstəyi Türkiyəyə göstərməyə hazırdır və bu, bir proqram şəklində həyata keçiriləcək.
Biznes
8 Fevral , 2023 12:09
Məmməd Musayev: “Sahibkarlar Türkiyəyə edilən yardımlarda fəal iştirak etmək istəyir”
Məmməd Musayev

Azərbaycan sahibkarları əlindən gələn dəstəyi Türkiyəyə göstərməyə hazırdır və bu, bir proqram şəklində həyata keçiriləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Bakı KOB evi"ndə keçirilən Türkiyədə baş vermis zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanın dövlət və özəl qurumlarının dəstəyi ilə yaradılmış "Qardaş köməyi" dəstək platformasının təqdimatı mərasimində deyib.

O qeyd edib ki, dağıdıcı zəlzələ hadisəsi türk dünyası üçün gözlənilməz və böyük fəlakətdir: "Hər bir azərbaycanlı, o cümlədən sahibkarlar Türkiyəyə edilən yardımlarda fəal iştirak etmək istəyir. Azərbaycan sahibkarları qardaş ölkənin yanındadır. Lazım gələrsə, Türkiyəyə səfər də təşkil olunacaq".

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi