Meksikada dövlətə məxsus təyyarə və helikopterlər satışa çıxarılır

Meksikada dövlətə məxsus təyyarə və helikopterlər satışa çıxarılır Meksika Prezidenti Andres Manuel Lopez Obrador dövlətə məxsus 33 təyyarənin və 39 helikopterin hərrac yolu ilə satılması barədə qərar qəbul edib.
Biznes
16 Yanvar , 2020 11:14
Meksikada dövlətə məxsus təyyarə və helikopterlər satışa çıxarılır

Meksika Prezidenti Andres Manuel Lopez Obrador dövlətə məxsus 33 təyyarənin və 39 helikopterin hərrac yolu ilə satılması barədə qərar qəbul edib. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hökumət satışdan, təxminən, 1 milyard ABŞ dolları gəlir əldə etməyi planlaşdırır.

Məlumata görə, ilk növbədə Prezident Adminstrasiyasının və ordu rəsmilərinin ixtiyarında olan 19 təyyarə və 9 helikopter satışa çıxarılacaq. Növbəti mərhələdə isə Ədliyyə Nazirliyinə məxsus təyyarə və helikopterlər potensial alıcılara təklif olunacaq. 

Qeyd edək ki, Meksika prezidenti dövlət məmurlarına xüsusi təyyarələrlə səyahət etməyi qadağan edib. Bir qədər əvvəl dövlət başçısı "Ağ fil" adlandırılan təyyarənin ABŞ-da satışa çıxarılmasına qərar vermişdi. 

Son xəbərlər

Orphus sistemi