Bakı. 8 fevral. REPORT.AZ/ Bakıda mart ayının ortalarında Azərbaycan-İran Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İran İslam İnqilabının 40 illiyinə həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, Bakıda İran-Azərbaycan biznes forumu da təşkil olunacaq.