Marketinq Peşəkarları Assosiasiyasının yeni görüşü baş tutub
- 08 aprel, 2022
- 08:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Aprelin 7-də Marketinq Peşəkarları Assosiasiyasının iclası keçirilib. Ötən aylarda yeni sədri seçilən Elnur Nurəlinin də iştirakı ilə baş tutan bu görüşə ölkənin qabaqcıl reklam agentliklərinin rəhbərləri qatılıb.
| Abbas Fətullayev Leo Burnett Azerbaijan Ayaz Əhmədov SMG
Azər Nəcəfov Yelload
Emin Quluzadə PeopleBrand
Heydər İsmayıl Uptime
Hüseyn Hüseynov Havas Azerbaijan
İlham Əkbərli Ağıllı Nağıllar | Könül Seyidova FCB Artgroup Baku
Leyla Miriyeva JIS
Malik Kələntərli McCann Baku
Orxan Kərimov Endorphin
Rasim Davudov New Media
Sabit Məmmədov Admedia
Tamerlan İsmayılov Brandup |
Sözügedən görüşdə marketinq sənayesinə aid tender məsələləri müzakirəyə çıxarılıb və fikir mübadiləsi aparılıb. Eyni zamanda, üzvlər Assosiasiyasının yeni qaydaları və standartlarını təqdim etmək üçün şirkət və hökumət nümayəndələri ilə iclas keçirməyə razılaşıblar.