20 ildən artıq tarixi olan beynəlxalq brend rahat həyat üçün eksklüziv əl işləri ilə hazırlanmış ev aksesuarları və premium məişət texnikası təklif edir.
Brend modellər dünyaşöhrətli dizaynerlər tərəfindən hazırlanaraq Koreya, Yaponiya, Çin, Almaniya, İtaliya, Fransa, İsveçrə və digər ölkələrdəki ən qabaqcıl müəssisələrdə istehsal olunur. Hər bir məhsul estetika və innovasiyanın mükəmməl birləşməsini özündə əks etdirərək ev kolleksiyasına unikal rahatlıq gətirir.
BORK-un kolleksiyası dünyanın müxtəlif ölkələrində 80-dən çox ekslüziv butikində nümayiş olunur. Məhsul çeşidi 7 kateqoriyanı əhatə edir: Mətbəx, Ev, Gözəllik və Sağlamlıq, Açıq hava, “BORK Home”, “BORK Voyage” və “BORK Interior”.
BORK bu il Bakıda yeni brend butikini açaraq hər kəsə dəbdəbə və eksklüzivlik dünyası ilə tanış olma imkanı təqdim edir. Azərbaycan brendin qlobal miqyasda mövcud olduğu yeddinci ölkədir.
Butik Bakının mərkəzi prospektlərindən biri olan Rəşid Behbudov küçəsində yerləşir və lüks markalara ev sahibliyi edən binalarla əhatələnib. Butikin dizaynı Amerikan qoz ağacı, təbii dəri və latun kimi xüsusi seçilmiş materiallar və zərif rəng palitrası ilə birləşdirilərək BORK-un vizual kodlarını əks etdirir.
Məkanın ümumi estetikası Azərbaycanın milli motivlərindən ilhamlanaraq Şərq tağlarını və Barokko dövrünə aid relyefli tavanları birləşdirir və ölkənin zəngin irsini brendin zamansız ənənələri ilə harmoniya şəklində təqdim edir.