Londonda yerləşən şirkətlər Amsterdama köçür

Londonda yerləşən şirkətlər Amsterdama köçür Londonda yerləşən 100-dən artıq beynəlxalq şirkət “Brexit”lə bağlı Amsterdama köçüb, daha 300-ü də bununla bağlı Niderland hökumətilə danışıqlar aparır.
Biznes
2 İyun , 2020 19:56
Londonda yerləşən şirkətlər Amsterdama köçür

Londonda yerləşən 100-dən artıq beynəlxalq şirkət “Brexit”lə bağlı Amsterdama köçüb, daha 300-ü də bununla bağlı Niderland hökumətilə danışıqlar aparır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Niderlanddakı ticarət nümayəndəsi Andrey Makarov bildirib.

Artıq Amsterdama köçmüş şirkətlər arasında “Sony”, “Panasonic”, “Discovery”, “Mitsubishi”, “Hitachi”, “Canon” kimi nəhənglərin adını çəkən diplomat hazırda Amsterdam şəhərinin əslində Yaponiya şirkətləri üçün hub vəziyyətinə gəldiyini, üstəlik, Avropa Tibb Agentliyi kimi bəzi beynəlxalq təşkilatların da bu axına qoşulduğunu dilə gətirib.

Bununla belə ÜDM-inin 7 faizinin Böyük Britaniya ilə əməkdaşlığın payına düşdüyü Niderland da “Brexit”dən zərər çəkir: “Brexit" amili yaratdığı müəyyənsizlik və istehsalat zəncirlərini qırdığı üçün Niderland iqtisadiyyatı üçün 2030-cu ilədək 2 milyarddan 10 milyard avroyadək məbləğdə dəyərləndirilən itkilərə gətirib çıxarmaqla yanaşı, iri beynəlxalq şirkətlərin ölkəyə köçməsilə əlaqədar böyük faydalara da səbəb olacaq”.

Son xəbərlər

Orphus sistemi