Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondu, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı (KOSGEB) ilə anlaşma memorandumları imzalayıb.
"Report" xəbər verir ki, sənədlər Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) 7-ci Zirvə Görüşü çərçivəsində biznes forumda imzalanıb. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, eləcə də Türkmənistan və Macarıstanın müvafiq dövlət və özəl qurumlarının səlahiyyətli rəsmiləri və iş adamları iştirak ediblər.
Biznes forumda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatların nəticəsində iqtisadiyyatda kiçik və orta sahibkarlıq subyektlərinin rolu artır, KOB-lar iqtisadi proseslərdə yaxından iştirak edirlər. KOBİA-nın fəaliyyəti barədə məlumat verən Orxan Məmmədov Agentliyin fəaliyyətində ən yaxşı müvafiq beynəlxalq təcrübənin tətbiqinə xüsusi diqqət yetirildiyini, bu baxımdan KOBİA-nın TDƏŞ-in üzv ölkələri ilə əməkdaşlığın yaradılmasında maraqlı olduğunu qeyd edib. Bildirilib ki, biznes forumda təmsil olunan ölkələrin Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin ümumi sayı 3000-dən artıqdır və bu birgə layihələrin reallaşdırılması üçün geniş imkanlar yaradır. Artıq KOBİA TDƏŞ-in bir sıra üzv dövlətləri ilə müvafiq əməkdaşlıq əlaqələri qurub. KOBİA 2015-ci ildə imzalanmış “Türkdilli Dövlətlərinin Əməkdaşlıq Şurasının üzv ölkələrinin kiçik və orta sahibkarlıq üzrə məsul dövlət qurumları arasında Anlaşma Memorandumuna” qoşulub.
Biznes forum çərçivəsində KOBİA ilə Türkiyənin “Ziraat Bank Azərbaycan” ASC və “Türkiyə İhracat Bankası” (TurkEximbank) arasında əməkdaşlığa dair Niyyət Protokolu, eləcə də KOBİA ilə Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA), Türk Katılım Bankları Birliyi (TKBB) və Özbəkistanın