KOB evlərində göstərilən xidmətlərə ödənişlər dövlət rüsumu sayılmayacaq

KOB evlərində göstərilən xidmətlərə ödənişlər dövlət rüsumu sayılmayacaq Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətinin təmin edilməsi haqqında 26 iyun 2018-ci il tarixli və “e-KOB evi” portalı haqqında Əsasnamənin təsdiq edilməsi barədə 9 avqust 2021-c
Biznes
18 May , 2022 19:06
KOB evlərində göstərilən xidmətlərə ödənişlər dövlət rüsumu sayılmayacaq

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətinin təmin edilməsi haqqında 26 iyun 2018-ci il tarixli və “e-KOB evi” portalı haqqında Əsasnamənin təsdiq edilməsi barədə 9 avqust 2021-ci il tarixli fərmanlarında dəyişiklik edib.

"Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, KOB evlərində göstərilən xidmətlərə (hüquqi hərəkətlərə və s.) görə ödənişlər dövlət rüsumu sayılmayacaq.

Son xəbərlər

Orphus sistemi