“Kenzo” moda evinin qurucusu vəfat edib

“Kenzo” moda evinin qurucusu vəfat edib Takada COVID-19 infeksiyasına yoluxmanın nəticəsində vəfat edib.
Biznes
5 Oktyabr , 2020 10:09
“Kenzo” moda evinin qurucusu vəfat edib
Kenzo Takada

Məşhur yaponiyalı modelyer Kenzo Takada 82 yaşında Fransada vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Paris KİV-i məlumat yayıb.

Modelyerin nümayəndəsinin sözlərinə görə, Takada COVID-19 infeksiyasına yoluxmanın nəticəsində vəfat edib.

Modelyer ötən əsrin 70-ci illərdən Parisdə işləməyə başlayıb, Fransa yüksək modasına “yapon” çalarları qatması ona qısa zamanda uğur gətirib. O, 1980-ci ildə “Kenzo” moda evini qurub, 1993-cü ildə isə onu LVMH qrupuna satıb. Bir neçə il sonra yaponiyalı modelyer “Kenzo” kolleksiyaları üzərində işləməyi dayandırıb, ancaq ara-sıra başqa layihələrdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi