Kauçukun qiyməti son bir ilin maksimum həddinə çatıb

Kauçukun qiyməti son bir ilin maksimum həddinə çatıb Təbii kauçukun qiyməti 2019-cu ilin iyul ayından etibarən ən yüksək hədd olan 220 yendən (2,08 ABŞ dolları) yuxarı qalxıb.
Biznes
29 Sentyabr , 2020 13:21
Kauçukun qiyməti son bir ilin maksimum həddinə çatıb

Təbii kauçukun qiyməti 2019-cu ilin iyul ayından etibarən ən yüksək hədd olan 220 yendən (2,08 ABŞ dolları) yuxarı qalxıb.

“Report” “Trading Economics”ə istinadən xəbər verir ki, bunun səbəbləri arasında COVID-19 pandemiyasına görə rezin əlcəklərə olan tələbatın artması və istehsalının da bunu qarşılamaması mühüm yer tutur.

Bununla yanaşı, Çin iqtisadiyyatının dirçəlməsinə dair nikbinlik, habelə Tailandda pandemiya üzündən işçi qüvvəsinin çatışmazlığı nəticəsində istehsal həcminin azalacağı gözləntiləri də qiymət artımını dəstəkləyir. Eyni zamanda, pandemiya ilə bağlı iqtisadi böhran nəticəsində avtomobil bazarında tələbatın azalması üzündən avtomobil sənayesində kauçuka tələbatın da ləng artacağı gözlənilir.

Bu ilin aprel ayında, yəni bir sıra ölkələrdə sərt məhdudiyyətlər tətbiq ediləndən sonra kauçuk 129 yen (1,22 ABŞ dolları) kimi tarixin ən aşağı həddinədək ucuzlaşmışdı. Üzvləri Tailand, İndoneziya, Malayziya olan Beynəlxalq Üçtərəfli Rezin Şurasının (İTRC – İnternational Tripartite Rubber Council) proqnozuna görə cari ilin sonunadək və 2021-ci ildə kauçuk istehsalının azalacaq. Səbəb kimi havaların qeyri-sabit keçməsi, pandemiya üzündən məhsul yığımının azalması, bitki xəstəlikləri göstərilir.

Qeyd edək ki, kauçuk hərracları əsasən Tokio Xammal Birjasında (TOCOM – Tokyo Commodity Exchange) aparılır. Bu bitkinin başlıca istehsalçıları Çin, İndoneziya, Malayziya, Tailanddır.

Son xəbərlər

Orphus sistemi