JTI şirkəti Avropa və Asiya-Sakit Okean Regionunda “1-ci dərəcəli ən yaxşı işəgötürən” seçilib
- 19 mart, 2018
- 13:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 mart. REPORT.AZ/ JTI (Japan Tobacco International) şirkəti işçilər üçün yaratdığı şəraitə görə yenidən “1-ci Dərəcəli Ən Yaxşı İşəgötürən” adı qazanıb.
"Report" xəbər verir ki, “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri şirkətin öz əməkdaşlarının qayğısına xüsusilə yaxşı qaldığını göstərir.
JTI öz əməkdaşlarının inkişafına verdiyi əhəmiyyəti nümayiş etdirərək Azərbaycan, Avropa və Asiya-Sakit Okean Regionu üzrə 2018-ci il üçün “1-ci Dərəcəli Ən Yaxşı İşəgötürən” mükafatına layiq görülüb.
"Top Employer Institute" qurumu tərəfindən hər il keçirilən araşdırma öz işçiləri üçün mükəmməl şərait yaradan, təşkilatın bütün səviyyələrində istedadları yetişdirən və inkişaf etdirən və işə götürmə təcrübələrini davamlı olaraq optimallaşdırmağa çalışan bir şirkət kimi dünyanın aparıcı işəgötürənlərini müəyyən edir. JTI Avropa və Asiya-Sakit Okean Regionunun müxtəlif ölkələrində bu mükafatı qazanan seçilmiş şirkətlərdən biri olub. Şirkət bu regionla yanaşı digər ölkələrdə də bu ada layiq görülmüşdür.
Qeyd edək ki, ən yaxşı işəgötürənlərin müəyyənləşdirilməsi prosesində iştirak edən şirkətlər tələb edilən yüksək standartlara cavab verməlidir. Yalnız bir regionun ən azı dörd ölkəsində həmin standartlara cavab verən qurumlar Ən yaxşı işəgötürən adına layiq görülür. Müstəqil araşdırma mükafat qazanan şirkətlərin bütün iştirakçı ölkələrdə işçilər üçün mükəmməl şərait yaratdığını təsdiq etmişdir. Bu, JTI şirkətinə mükafat qazanan şirkətlər arasında yer tutmağa kömək etmişdir.
"Top Employer Institute" JTI şirkətinin işçilər üçün yaratdığı şəraiti aşağıdakı meyarlar əsasında qiymətləndirib:
- İstedadların İdarə Edilməsi Strategiyası
- İşçi Qüvvəsinin Planlaşdırılması
- Yeni İşçilərin Uyğunlaşdırılması
- Təlim və İnkişaf
- Məhsuldarlığın İdarə Edilməsi
- Yüksək vəzifəli kadrların hazırlanması
- Karyera və vəzifə üzrə vərəsəliyin İdarə Edilməsi
- Təzminat və Mükafatlandırma
- Korporativ Mədəniyyət