Dünyanın ən böyük siqaret istehsalçılarından olan Yaponiyanın “Japan Tobacco” korporasiyası Ukraynada cərəyan edən hadisələr və bununla əlaqədar meydana gəlmiş çətinliklər səbəbindən Rusiyadakı tütün biznesini satmaq variantını nəzərdən keçirir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.
“Daha əvvəl də bəyan edildiyi kimi Rusiya ərazisində yeni investisiyalar və marketinq tədbirləri artıq dayandırılıb. Lakin biznesin aparılması üçün meydana gələn mürəkkəb şərtləri və şirkətimizin sabit və dayanıqlı fəaliyyəti üçün ciddi maneələrin yaranmasını ehtimalını nəzərə alaraq, Rusiya bazarında tütün biznesinin idarə edilməsi variantlarını, o cümlədən bu biznesin “JT Group” dayandırılmasını nəzərdən keçirmək qərarına gəlmişik”, - korporasiyanın bəyanatında bildirilir.